

Zelenski Rusiya ilə sülh danışıqlarında Ukraynanı təmsil edəcək rəsmilərin siyahısını təsdiqləyib
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna tərəfini Rusiya ilə sülh danışıqlarında təmsil edəcək hökumət üzvlərinin siyahısını təsdiqləyib.
Apa.az “strana.ua” portalına istinadən xəbər verir ki, onların arasında ölkənin Prezident Ofisinin rəhbəri Andrey Yermak, Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustam Umerov yer alıb.
Nümayəndə heyətinə A. Yermak rəhbərlik edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski tərəflər arasında Ciddə danışıqlarını şərh edib.
O deyib ki, danışıqlarda ölkəsinin ərazi bütövlüyü, eləcə də Ukrayna ərazisində sülhməramlı kontingentin yerləşdirilməsinin mümkünlüyü ətrafında müzakirələr aparılıb.
Ukrayna lideri Böyük Britaniya və Fransanın rolunu da xüsusi qeyd edib. Eyni zamanda V. Zelenski deyib ki, tərəfdaşları ölkəsi üçün “qırmızı xətt”in mövcudluğu barədə məlumatlıdır.
Zelenski ölkəsinin postmüharibə dövründə bərpası prosesində ABŞ və Avropanın iştirakına ümidvar olduğunu sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb
Bu, Zelenski üçün qəbuledilməzdir - Yermak
Ciddədə ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatıb - YENİLƏNİB
Zelenski Səudiyyə Ərəbistanına səfər edib
Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
