sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Osakada baş vermiş güclü yanğında 30 nəfər yaralanıb
Yaponiyanın Osaka prefekturasında 14 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.
"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, yanğın günorta saatlarında binanın dördüncü mərtəbəsində baş verib və tüstü sürətlə yuxarı mərtəbələrə keçib.
Hadisə nəticəsində 35 nəfərin yaralandığı qeyd edilir. Onlar xəstəxanaya çatdırılıb. Yaralananlardan birinin vəziyyəti ağırdır. Evin qalan sakinləri təxliyə edilib.
Qurumdan verilən məlumata görə, hadisə yerinə 38 yanğınsöndürən maşın göndərilib, yanğın dörd saatdan sonra nəzarətə götürülüb.
Faktla bağlı araşdırma aparılır. Yanğının baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Moskva vilayətində istixana kompleksində yanğın baş verib, dörd nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə iki mərtəbəli fərdi yaşayış evində yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanda neft bazasında yanğın baş verib, dörd nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Berlində yaşayış binasında yanğın baş verib, yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda xəstəxanada yanğın baş verib, ölənlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













