Monteneqroda atışma nəticəsində 12 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Monteneqroda atışma nəticəsində 12 nəfər həlak olub


Monteneqronun Cetinye şəhərində silahlı cinayətkarın açdığı atəş nəticəsində 12 nəfər, o cümlədən iki uşaq həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə RTCG telekanalı məlumat yayıb.

Daha əvvəl 10 nəfərin öldüyü bildirilmişdi.

Kütləvi qətl yanvarın 1-i axşam yerli barların birində məişət zəminində mübahisə nəticəsində baş verib.

Qətldə şübhəli bilinən şəxs keçmişdə qanunsuz silah saxlamağa görə saxlanılan 45 yaşlı Atso Martinoviçdir.

Barda müştərilərdən biri ilə mübahisə edən şəxs silah götürmək üçün evinə gedib, daha sonra geri qayıdaraq müəssisənin sahibini və bir neçə nəfəri güllələyib. Sonra o, küçədə atəş açıb.

Prokurorun məlumatına görə, ümumilikdə qətllər beş müxtəlif yerdə törədilib. Martinoviç bar sahibinin ailəsini, o cümlədən iki uşağı da öldürüb.

Polis cinayətkarı yaxalamaq üçün gələndə o, intihar etməyə cəhd göstərib və xəstəxanaya aparılarkən yolda ölüb.

Cetinyedə kütləvi qətllə əlaqədar üç günlük matəm elan edilib.

Oxşar xəbərlər

Monteneqroda 10 nəfəri öldürməkdə şübhəli bilinən şəxs özünə qəsd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Havay ştatında silahlı insidentdə 4 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monteneqroda silahlı insidentdə azı 10 nəfər ölüb, şübhəli axtarışdadır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monteneqroda silahlı insidentdə 7 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sietlın ətrafında silahlı insident nəticəsində 5 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər