Dövlət katibi: ABŞ Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazırdır
ABŞ Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazırdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Parisdə Avropa və Ukrayna nümayəndələri ilə görüşdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ hər iki tərəf qısa müddət ərzində razılaşma əldə etmək istəyərsə, o zaman bu istiqamətdə işini davam etdirəcək.
"Bu müharibəni bitirmənin mümkünlüyünü müəyyən etməli olduğumuz məqama yaxınlaşırıq. Biz bu işi həftələr və aylar ərzində davam etdirmək niyyətində deyilik. İndi çox sürətlə bunun növbəti bir neçə həftə ərzində həyata keçirilə biləcəyini müəyyən etməliyik", - M.Rubio qeyd edib.
O ABŞ-nin buna kömək etmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu vurğulayıb.
Dövlət katibi bildirib ki, əks halda Birləşmiş Ştatlar öz səylərindən imtina etməli və irəli getməli olacaq: "Əgər Ukraynada müharibəyə son qoymaq mümkün deyilsə, biz irəli getməliyik".
Oxşar xəbərlər
Rubio: ABŞ yaxın günlərdə Ukraynada atəşkəsin mümkünlüyü ilə bağlı qərar verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa, Almaniya və Böyük Britaniya Ukraynada sülhə nail olmağa kömək edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan Mark Rubio ilə Ukraynada mümkün atəşkəsi müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin Dövlət katibi: Tərəflər Ukrayna üzrə danışıqlara başlamağa yaxınlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveçin artilleriya mərmiləri Ukraynada istehsal ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













