Rubio: ABŞ yaxın günlərdə Ukraynada atəşkəsin mümkünlüyü ilə bağlı qərar verəcək
sizinxeber.az xəbər saytı

Rubio: ABŞ yaxın günlərdə Ukraynada atəşkəsin mümkünlüyü ilə bağlı qərar verəcək



ABŞ Ukraynada atəşkəsin mümkün olub-olmayacağına bir neçə gün ərzində qərar verəcək.


APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mark Rubio jurnalistlərə açıqlamasında bildirib.


“Əgər bir neçə gün ərzində Ukraynada müharibəni dayandırmaq səylərimiz uğursuz olarsa, biz prezident Trampa danışıqların daha uyğun variant olmadığını bildirəcəyik”, - Rubio qeyd edib.


Dövlət katibi həmçinin əlavə edib ki, əgər hər iki tərəf sülhə ciddi yanaşarsa, ABŞ Ukraynadakı münaqişənin həllinə yardım etməyə hazırdır: “Əks halda ABŞ başqa prioritetlərə yönələcək”.


Onun sözlərinə görə, ABŞ hələlik Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsini açıq şəkildə müzakirə etməyə hazır deyil.


ABŞ dövlət katibi əlavə edib ki, “Avropa sanksiyalarının ləğvi razılaşmanın bir hissəsinə çevrilə bilməsi üçün Aİ ölkələri Ukraynadakı nizamlanma prosesinə cəlb edilməlidir”.

Oxşar xəbərlər

ABŞ dövlət katibi: Ukraynada müharibəyə son qoymaq üçün bütün tərəflər güzəştə getməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Rusiya Ukraynada münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: Döyüşlər dayandırılmayana qədər Ukraynada müharibənin bitməsi ilə bağlı danışıqlar başlaya bilməz [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan və Rubio Ukraynada atəşkəs səylərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: Aİ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər hazırlamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər