Qətər Livan ordusuna 162 vahid hərbi texnika verəcək
sizinxeber.az xəbər saytı

Qətər Livan ordusuna 162 vahid hərbi texnika verəcək


Qətər Livan hərbiçilərinə 162 vahid ordu texnikası və zabitlərin maaşlarının ödənilməsi üçün 60 milyon dollar maliyyə yardımı göndərəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə AP hər iki tərəfin bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda deyilib ki, bu, Livan hərbiçilərinə sabitliyi qorumaq və ölkənin sərhədlərinə nəzarət etmək kimi milli vəzifələrini yerinə yetirməyə imkan verəcək. Sənəddə həmçinin Livan qoşunlarının İsraillə sərhəd boyunca yerləşdirilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Aprelin 15-də ikigünlük səfərlə Qətərə gələn Livan Prezidenti Jozef Aun və Qətər əmiri Təmim bin Həməd Əl-Tani danışıqlar aparıblar. Aun İsrailin Livanda davam edən hərbi mövcudluğunu və İsrail bölmələrini çıxarmaqdan imtina etməsini pisləyib.

Xatırladaq ki, 2024-cü ilin noyabrında İsrail hərbçiləri və “Hizbullah” atəşkəs sazişi imzalayaraq döyüş əməliyyatlarını dayandırıblar. Sazişə əsasən, İsrail Müdafiə Qüvvələri mərhələli şəkildə Livan ərazisindən çıxacaq və ölkənin cənubundakı mövqelərini Livan hərbçilərinə təhvil verəcək. Daha sonra həm Livan ərazisindən İsrailə atəş açılması, həm də İsrail Müdafiə Qüvvələrinin Livanın cənubuna zərbələr endirməsi barədə dəfələrlə məlumatlar daxil olub. Həmçinin İsrail hərbçiləri Livan ərazisində beş strateji nöqtədə qalıblar.

Oxşar xəbərlər

Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Müxalifət “Hizbullah”dan silahlarını Livan ordusuna təhvil verməsini tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livan və “Hizbullah” ABŞ-nin İsraillə atəşkəs təklifi ilə razılaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livanda "Hizbullah"ın silah anbarına zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livan İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər