Serbiya parlamenti Curo Matsutanın baş nazirliyə namizədliyini təsdiqləyib
Serbiyanın Milli Assambleyası (parlamenti) etirazlara baxmayaraq, professor Curo Matsutanın ölkənin baş naziri postuna namizədliyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, qərar qanunverici orqandakı 250 yerdən 156-na nəzarət edən hakim Serbiya Tərəqqi Partiyasının (STP) dəstəyi ilə qəbul edilib.
Xatırladaq ki, aprelin 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin Baş naziri postuna Curo Matsutanın namizədliyini irəli sürüb.
Martın 19-da Serbiya parlamenti ölkənin əvvəlki Baş naziri Miloş Vuçeviçin istefasını rəsmən təsdiqləyib. Buna səbəb 2024-cü ilin noyabrında Novi Sad qatar stansiyasında tavanın uçmasından və nəticədə 15 nəfərin ölməsindən sonra başlamış kütləvi etirazlar olub.
Oxşar xəbərlər
Ceyhun Bayramov Belqradda Serbiya Prezidenti ilə görüşəcək
Serbiya və Rusiya prezidentləri sabah danışıqlar aparacaq
Serbiya parlamenti hökumətin istefasını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
