Zelenski Rusiyanın Sumıya zərbəsindən sonra Avropa və ABŞ-yə müraciət edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropanı Rusiyanın Sumıya bugünkü ballistik raket zərbəsindən sonra sərt cavab nümayiş etdirməyə çağırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.
O, Rusiyanın Sumıya endirdiyi ballistik raket zərbəsindən sonra onlarla dinc sakinin öldüyünü və yaralandığını bildirib.
"Ölənlərin ailələrinə başsağlığı verirəm. Hazırda xilasetmə əməliyyatı davam edir. Bütün lazımi xidmətlər işləyir. Dünya sərt reaksiya göstərməlidir", - Ukrayna Prezidenti söyləyib.
Zelenski vurğulayıb ki, müharibənin uzadılmasında maraqlı olan Rusiyadır.
"Rusiyaya təzyiq olmadan sülh mümkün deyil. Danışıqlar heç vaxt ballistik və hava bombalarını dayandırmayıb. Ukrayna ilə birlikdə olan və həyatı qorumaqda bizə kömək edən hər kəsə təşəkkür edirəm", - Ukrayna lideri qeyd edib.
Qeyd edək ki, aprelin 13-də səhər saatlarında Rusiyanın Sumı şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində 30-dan çox dinc sakin həlak olub.
Oxşar xəbərlər
Zelenski: Poltavada ballistik raket hücumları nəticəsində 47 nəfər ölüb
Zelenski Rusiyanın Ukraynanı 120 raket və 90 dronla atəşə tutduğunu bildirib
Zelenski: Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm
Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib
Zelenski: Rusiya qitələrarası ballistik raketlə Ukraynanı vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













