Zelenski: Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm
sizinxeber.az xəbər saytı

Zelenski: Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm


Ukrayna bu il müharibəni bitirmək üçün mümkün olan hər şeyi edir. Müharibənin dayandırılması Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.

“Sizinxeber.az” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Almaniyada "Ramştayn" formatında keçirilən iclasda çıxışı zamanı bildirib.

"Bu il müharibənin Ukrayna və bütün Avropa üçün ləyaqətli şəkildə başa çatması üçün mümkün olan hər şeyi edirəm. Və bilirəm ki, sizin dəstəyinizə güvənə bilərəm. Hamımız yadda saxlamalıyıq ki, müharibənin dayandırılması Rusiyanın yox, bizim ümumi məqsədimizdir - bunu ukraynalılar, avropalılar, amerikalılar və bir çox qlobal tərəfdaşlarımız istəyir", - Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi ölkələr də Ukraynaya sülh arzulayır.

Ukrayna Prezidenti hesab edir ki, Rusiyanın 2025-ci il üçün hərbi büdcəsi ötənilki büdcədən 25 % çox olduğu üçün onun bütün enerji sektoruna qarşı sanksiyalar tətbiq edilməlidir.

Oxşar xəbərlər

Zelenski: Ukrayna müharibəni diplomatik yolla bitirmək üçün hər şeyi edəcək
Zelenski: Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Zelenski "qələbə planı"nı təqdim etmək üçün Brüsselə gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər