Zelenski Rusiyanın Ukraynanı 120 raket və 90 dronla atəşə tutduğunu bildirib
Bu gün Rusiya Ukraynaya 120 raket və 90 dron buraxıb.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
“Ukraynanın bütün bölgələrinə kombinasiya edilmiş kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya terrorçuları müxtəlif tipli, xüsusən də “Şahid” tipli dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: sirkonlar, “İskəndər”lər, “Kinjal”lar. Ümumilikdə, təxminən 120 raket və 90 dron”, – dövlət başçısı söyləyib.
Ukrayna lideri hava hücumundan müdafiə qüvvələrinin “140-dan çox hava hədəfini məhv etdiyini” vurğulayıb.
O, hədəfin Ukraynanın enerji infrastrukturu olduğuna diqqət çəkib: “Təəssüf ki, zərbələrdən və qalıqların düşməsindən obyektlərə ziyan dəyib”.
Zelenski Mıkolaevdə dron hücumu nəticəsində iki nəfərin öldüyünü, daha altı nəfərin, o cümlədən iki uşağın yaralandığını açıqlayıb.
“Hazırda işıqsız qalan ərazilərimiz var”, – dövlət başçısı diqqətə çatdırıb.
O, hava hücumunun dəf edilməsi zamanı Qərbin ötürdüyü F-16 qırıcılarının da iş başında olduğunu bildirib.
Oxşar xəbərlər
Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub
Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
