ABŞ Ali Məhkəməsi bəzi miqrantların kütləvi deportasiyasına qoyulan qadağanı ləğv edib
sizinxeber.az xəbər saytı

ABŞ Ali Məhkəməsi bəzi miqrantların kütləvi deportasiyasına qoyulan qadağanı ləğv edib


ABŞ Ali Məhkəməsi Amerika administrasiyasının tələbini təmin edib və Venesueladn olan miqrantların kütləvi deportasiyasına qoyulan qadağanı ləğv edib.

"Report"un xəbərinə görə, müvafiq qərardad məhkəmənin saytında dərc olunub.

Məhkəmənin beş üzvü qadağanın aradan qaldırılmasına, dördü isə əleyhinə səs verib.

Belə ki, aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya məhkəməsinin qərarı ləğv edilib.

Ali Məhkəmə həmçinin icra hakimiyyətinə miqrantlara ölkəni tərk etməzdən əvvəl onların çıxarılmasına məhkəmədə etiraz etmələri üçün “ağlabatan vaxt” verməyi tapşırıb. Bundan əlavə, Ali Məhkəmə qeyd edib ki, müvafiq məhkəmə prosesləri Vaşinqtonda deyil, miqrantların saxlandığı Texasda keçirilməlidir.

Oxşar xəbərlər

Rusiyada “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağa ləğv edilə bilər
Məhkəmə Sarkozinin azadlıqdan məhrum edilməsi qərarını qüvvədə saxlayıb
ABŞ Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər