ABŞ Ticarət Palatası Trampın administrasiyasını məhkəməyə verir
ABŞ Ticarət Palatası Amerika liderinin əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarlarının icrasına mane olmaq üçün prezident Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə “Fortune” jurnalı mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, Nümayəndələr Palatası yeni tariflərin iqtisadi vəziyyətə təsirini nəzərə alaraq Trampın fövqəladə vəziyyət elan etməsinə etiraz edə bilər. İddia birliyin ən böyük üzvləri tərəfindən dəstəklənir.
Nəşr qeyd edib ki, məhkəmə prosesləri və nəticədə gömrük siyasətinin həyata keçirilməsinin müvəqqəti dayandırılması yeni rüsumların biznesə təsirindən narahat olan, lakin federal hakimiyyətin siyasətinə açıq şəkildə qarşı çıxmağa cəsarət etməyən şirkətlər üçün qoruyucu pərdə ola bilər.
Oxşar xəbərlər
Mask Trampın tariflərinə qarşı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada gömrük rüsumlarının tətbiqi ehtimalına görə ABŞ-yə polad tədarükünü artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiyanın enerji sektoruna yeni sanksiyaların tətbiqini nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin bir neçə ştatında Trampın siyasətinə qarşı etiraz aksiyaları keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













