sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb
Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası ölkənin Myanmadakı səfirliyinə istinadən məlumat yayıb.
"Martın 30-da Çinin Myanmadakı səfirliyi güclü zəlzələ nəticəsində 13 vətəndaşının xəsarət aldığını təsdiqləyib", - məlumatda deyilir.
Bundan əvvəl "Sinxua" agentliyi Çinin Yanqondakı səfirliyinin əməkdaşına istinadən 12 nəfərin yaralandığını bildirib.
Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1 700-ü keçib. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.
Oxşar xəbərlər
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 600-ü keçib
Myanmada yenidən zəlzələ olub, dağıntılar var - YENİLƏNİB
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144-ə, yaralıların sayı isə 732-ə çatıb- YENİLƏNİB
Myanmada güclü zəlzələ nəticəsində azı 25 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













