sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bolqarıstanda avtobusla yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb
Bolqarıstanın Viden şəhərində turistləri daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
"Report" "Bourgas.ru" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qəza Dunavtsi kəndindəki qovşağın yaxınlığında baş verib.
"Plovdivdən Almaniyaya gedən avtobusda 11 nəfər olub. Yaralılar Vidin xəstəxanasına aparılıb. Ölənlərin yaşları 30-40 arasında olub", - məlumatda bildirilib.
Bildirilib ki, 3 nəfər aldıqları xəsarətlərdən hadisə yerində, biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.
Oxşar xəbərlər
Rusiyada yük maşını avtobusla toqquşub, ölən və yaralılar var
Boliviya-Çili sərhədi yaxınlığında ağır yol qəzasında 16 nəfər ölüb
Türkiyədə ağır zəncirvari qəza olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb
İranda yol qəzası baş verib, 4 nəfər ölüb, 14 nəfər yaralanıb
İsraildə avtomobilin partladılması nəticəsində 13 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













