FT: Kiyev Vaşinqtondan hərbi yardımı bərpa etməyi xahiş edəcək
Ukrayna Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda ABŞ-dən kəşfiyyat və hərbi dəstəyi bərpa etməyi xahiş edəcək.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times” (FT) qəzeti yazıb.
Nəşr bildirib ki, Ukrayna nümayəndə heyəti Amerika tərəfini Kiyevin münaqişəni tez bir zamanda dayandırmağa hazır olduğuna inandırmağa çalışacaq.
O cümlədən, məlum olub ki, Ukrayna tərəfi Moskvaya qarşı qismən atəşkəs, uzaqmənzilli raket və dron zərbələrinə, Qara dənizdə hərbi əməliyyatlara qadağa qoyulması ilə bağlı tələb irəli sürəcək.
“Ukrayna ümid edir ki, bu istiqamətdə danışıqlarda irəliləyiş ABŞ-ı kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü dondurmaq qərarından dönməyə məcbur edəcək”, - deyə məqalədə vurğulanıb.
Oxşar xəbərlər
MKİ rəhbəri ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini düşünür
Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində ABŞ-ni əvəzləyə bilməyəcək
Kreml: Ukrayna nizamlanma ilə bağlı danışıqlarda iştirak edəcək
Bayden Pentaqona Kiyevə hərbi yardımı artırmağı davam etdirməyi tapşırıb
Britaniya Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməkdə davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













