Britaniya Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməkdə davam edir
Böyük Britaniya Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməkdə və kibertəhlükəsizlik sahəsində yardım göstərməkdə davam edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Sky News" telekanalına müsahibəsində Lankaster Hersoqluğunun kansleri Pat Makfedden bildirib.
“Biz Ukraynanı silahla təchiz etməyə və kiber cəbhədə kəşfiyyat dəstəyi və yardım göstərməyə davam edirik", - o söyləyib.
Makfedden əlavə edib ki, Britaniyanın müdafiə naziri Con Hili bu həftə Vaşinqtona səfəri zamanı ABŞ müdafiə naziri (Pentaqonun rəhbəri) Pet Heqset ilə ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynaya silah satışını dayandırmaq və onunla kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdırmaq qərarını müzakirə edib.
Oxşar xəbərlər
Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində ABŞ-ni əvəzləyə bilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın müdafiə naziri: Kiyevə kəşfiyyat məlumatlarını ötürməkdə davam edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
MKİ rəhbəri ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini düşünür [xfgiven_updateblue][/xfgiven_updateblue]
CNN: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa müdafiə naziri: Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













