Cənubi Koreyada növbəti superkompüter yaradılacaq
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada növbəti superkompüter yaradılacaq


Cənubi Koreya hökuməti ölkədə süni intellekt (AI) texnologiyalarını inkişaf etdirməyi və yeni superkompüter yaratmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin elm nazirliyinə istinadən məlumat yayıb.

Qey edilib ki, hökumət buna təxminən 1.7 milyard dollar ayıracaq və yeni milli süni intellekt hesablama mərkəzinin işə salınması üçün 10 min qrafik prosessor və ölkədə altıncı superkompüterin yaradılması üçün 8 min prosessor alacaq.

"Süni intellekt sahəsində liderlik uğrunda təkcə şirkətlər deyil, ölkələr də mübarizə aparır. Hökumət süni intellekt hesablama infrastrukturunun gücləndirilməsi üçün tammiqyaslı və sürətli investisiyalar həyata keçirəcək", - elm naziri Yu San İm bildirib.

Oxşar xəbərlər

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq
Elnur Əliyev: "Azərbaycan 2040-cı ilədək süni intellekt sektorunda 40 milyard dollarlıq əlavə dəyər yaratmağı hədəfləyir"
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle