Çin XİN: Ukrayna böhranının nə "yaradıcısı", nə də tərəfiyik
Çin tərəfi Ukrayna böhranı ilə bağlı qərəzsiz mövqe tutur və münaqişədən faydalanmağa çalışmır.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Qo Tszyakun brifinqdə Ukraynaya Çin sülhməramlı qüvvələrinin göndərilməsi mümkünlüyünü şərh edərkən bildirib.
"Çin Ukrayna böhranı ilə bağlı dəfələrlə səsləndirdiyi qərəzsiz mövqeyini ardıcıl şəkildə davam etdirir", - o söyləyib.
Münaqişə kontekstində hipotetik sülh sazişində Pekinin oynaya biləcəyi roldan danışan diplomat qeyd edib ki, Çin Ukrayna böhranının nə "yaradıcısı", nə də tərəfidir.
"Çin böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləməyə, maraqlı tərəflərlə əlaqə saxlamağa və böhranın siyasi həllində konstruktiv rol oynamağa davam edəcək", - o əlavə edib.
Oxşar xəbərlər
Rusiya XİN Çinin Ukrayna ilə bağlı planını real adlandırıb
Çin dünya dövlətlərinə Ukrayna ilə bağlı çağırış edib
Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yardım etməyə hazır olduğunu bəyan edib
Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib
Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün şərtini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













