Kiyev və Avropa Ukrayna ilə bağlı danışıqlara müəyyən mərhələdə qoşulacaq
sizinxeber.az xəbər saytı

Kiyev və Avropa Ukrayna ilə bağlı danışıqlara müəyyən mərhələdə qoşulacaq


“ABŞ və Rusiya Ukrayna münaqişəsinin həlli üçün hələ də rəsmi danışıqlara başlamayıb”.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “CBS” telekanalında bildirib.

Onun sözlərinə görə, Kiyev və Avropa sonradan bu prosesə cəlb oluna bilər:

“Əvvəla, məncə, başa düşmək lazımdır ki, hazırda heç bir proses yoxdur. Hazırda əlimizdə olan Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında bu münaqişəyə son qoymaqda maraqlı olduqlarını bildirən söhbətdir. ABŞ və Rusiya arasında danışıqlar başlayandan sonra müəyyən mərhələdə Kiyev və Avropadan nümayəndələr cəlb olunacaq.

Nəhayət, elə bir məqam gələcək ki, siz real danışıqları görəcəksiniz və biz hələ oraya çatmamışıq. Amma bu baş verərsə, Ukrayna danışıqlar prosesində iştirak etməlidir. Avropalılar da buna cəlb edilməlidir, çünki onların da Putinə və Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Sadəcə, hələ ora çatmamışıq”.

Oxşar xəbərlər

Kiyev Trampı inandırıb: Rusiya ilə danışıqlara tez başlamaq cəhdi Ukrayna üçün ölümcül ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fox: ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək üçün dəqiq planı yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər