Husilərin liderindən Trampa cavab: İsrail sakinlərini ABŞ-yə yerləşdirin
sizinxeber.az xəbər saytı

Husilərin liderindən Trampa cavab: İsrail sakinlərini ABŞ-yə yerləşdirin


Yəmənin “Ənsar Allah” (husi) üsyançı hərəkatının lideri Əbdül Malik əl-Husi ABŞ Prezidenti Donald Trampa fələstinliləri Qəzza zolağından köçürmək əvəzinə, İsrail sakinlərini Amerika ştatlarından birinə köçürmək barədə düşünməyi təklif edib.

“Report” xəbər verir ki, o, bu barədə “Al Masirah” telekanalında çıxışı zamanı bildirib.

“Amerikalılar yəhudiləri İsraildən ABŞ-yə köçürə və Amerika ştatlarından birini onlara verə bilər. ABŞ-nin hələ də yaşayış olmayan geniş əraziləri və regionları var”, - əl-Husi qeyd edib.

Xatırladaq ki, fevralın 4-də Ağ Evdə danışıqlardan sonra İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Tramp Vaşinqtonun Yaxın Şərqdə sülhün bərqərar olması naminə Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini açıqlamışdı. O, fələstinlilərin anklavdan regionun digər ölkələrinə köçürülməsini təklif etmişdi.

Oxşar xəbərlər

ABŞ və İsrail Qəzzaya hücum edəcəyi halda husilər də bu ölkələrin obyektlərinə zərbə endirəcək
Ərdoğan: ABŞ-nin Qəzza ilə bağlı təkliflərinin müzakirə ediləcək heç bir tərəfi yoxdur
Husilər Qəzzada əməliyyatın bərpa olunacağı təqdirdə İsrailə hücum etməyə hazırdır
HƏMAS ABŞ-ni Qəzzaya nəzarətlə bağlı bəyanatlardan imtina etməyə çağırıb
ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər