Aktrisa Ulduz Süleymanova vəfat edib
sizinxeber.az xəbər saytı

Aktrisa Ulduz Süleymanova vəfat edib


M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktrisası, Prezident mükafatçısı Ulduz Süleymanova vəfat edib.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, o, 27 ildən artıq Naxçıvan Dövlət Kukla Teatrında fəaliyyət göstərib.

Ulduz Süleymanova gənc yaşlarından 100-dən artıq yaddaqalan obraza həyat verib. O, uzun illər səhnədə yaratdığı dolğun və rəngarəng obrazlarla tamaşaçıların sevgisini qazanıb, teatr sənətinin inkişafına öz töhfələrini verib. Aktrisanın səhnə mədəniyyəti, sənətə olan bağlılığı və peşəkarlığı həmkarları və yetişən gənc aktyorlar üçün də örnək olub.

Oxşar xəbərlər

Kukla Teatrının aktrisası vəfat edib
Azərbaycanda teatrlar ildə nə qədər tamaşa səhnələşdirirlər? – Siyahı
Lənkəran Teatrının aktrisası vəfat edib
Aktrisa Çimnaz Sultanova vəfat edib
Amerikalı aktrisa Kelli Mak vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər