ABŞ Məxfi Xidməti reklam çarxına 2 milyon dollar xərcləyib
ABŞ prezidentlərinin mühafizəsinə cavabdeh olan Məxfi Xidmət amerikalıları bu federal agentlikdə işə qəbula çağıran reklam çarxının hazırlanmasına 2 milyon dollar xərcləyib.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Layihəni "Transformerlər", "Pörl-Harbor" və "Armageddon" filmlərinin rejissoru Maykl Bey həyata keçirib.
Telekanalın məlumatına görə, bu çarxa çəkilən xərc Məxfi Xidmətin bu vaxta qədər müqavilə üzrə işə qəbul reklamlarına xərclədiyi məbləğdən iki dəfə çoxdur. Mənbələr qeyd edir ki, ayrılan vəsaitin həcmi ABŞ Prezidenti Donald Trampın başlatdığı müxtəlif nazirlik və qurumların xərclərinin azaldılması kampaniyası fonunda xüsusilə çox görünür.
Telekanal qeyd edib ki, reklam Məxfi Xidmət agentlərinin ABŞ-nin birinci şəxslərinin mühafizəsindəki rolunu göstərməlidir. Bununla yanaşı, CNN bildirib ki, çarxda prezidentlərin mühafizəsindəki böyük uğursuzluqlar da əks olunub: 1963-cü ildə Con Kennedinin qətli və 2024-cü ilin iyulunda Donald Trampa qarşı sui-qəsd cəhdi. Çarxda həmçinin 1865-ci ildə Məxfi Xidmətin yaradılması haqqında fərman imzaladığı gün qətlə yetirilən prezident Avraam Linkoln da yer alıb.
Oxşar xəbərlər
Məxfi Xidmətin əməkdaşı Trampın yanında silahlı şəxsi güllələyib
Pentaqon bu il hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib
Məxfi Xidmətin əməkdaşı Trampın yaxınlığında silahlı şəxsi güllələyib
ABŞ Məxfi Xidməti Trampın andiçmə mərasimi üçün özəl şirkət cəlb edib
WP: Məxfi Xidmət Trampa qapalı ərazilərdə mitinqlər keçirməyi tövsiyə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













