ABŞ, Yaponiya və Cənubi Koreyanın XİN başçıları Münxendə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri (XİN) Münxen Təhlükəsizlik Konfransı çərçivəsində üçtərəfli görüş keçirəcəklər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yaponiya görüşdən Şimali Koreya tərəfindən 1970-ci və 1980-ci illərdə oğurlanmış yapon vətəndaşları məsələsini müzakirə etmək və çoxtərəfli qarşılıqlı əlaqə mexanizmlərinin vacibliyini təsdiqləmək üçün istifadə etmək niyyətindədir.
ABŞ isə öz növbəsində Asiyada müttəfiqlərlə tərəfdaşlığın gücləndirilməsinə diqqət yetirəcək.
Yaponiya xarici işlər naziri Takesi İvaya, ABŞ Dövlət katibi Marko Rubio və Cənubi Koreya XİN başçısı Ço The Yol arasında danışıqlar Hind-Sakit okean regionunda sabitliyin müzakirə olunduğu “Quad” (ABŞ, Yaponiya, Hindistan və Avstraliya) nümayəndələrinin bu yaxınlardakı görüşü fonunda keçiriləcək.
Qeyd edək ki, fevralın 14-16-da Münxen Təhlükəsizlik Konfransı keçiriləcək.
Oxşar xəbərlər
Antoni Blinken Yaponiya XİN başçısı ilə Şimali Koreya məsələsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiya və Cənubi Koreyanın XİN başçıları dialoqun vacibliyini təsdiqləyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiya, ABŞ və Filippin birgə dəniz təhlükəsizliyini müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Armen Qriqoryan Yaponiya XİN başçısı ilə Cənubi Qafqazdakı prosesləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












