Armen Qriqoryan Yaponiya XİN başçısı ilə Cənubi Qafqazdakı prosesləri müzakirə edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ölkəyə işgüzar səfəri çərçivəsində Yaponiyanın xarici işlər üzrə dövlət naziri Tsiqe Yosifumi ilə görüşüb.
“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşları məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı tərəflər Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər Ermənistan və Yaponiya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, Armen Qriqoryan bu yaxınlarda Cənubi Koreyada işgüzar səfərdə olub və orada bir sıra görüşlər keçirib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
