Antoni Blinken Yaponiya XİN başçısı ilə Şimali Koreya məsələsini müzakirə edib
Tokioda səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yaponiya XİN başçısı Blinkenə Yaponiya-ABŞ alyansına verdiyi töhfəyə görə minnətdarlıq edib.
Tərəflər Yaponiya şirkətlərinin ABŞ-a sərmayələri də daxil olmaqla Yaponiya-ABŞ iqtisadi əlaqələrinin əhəmiyyətini vurğulayıblar.
Görüş çərçivəsində Yaponiya və ABŞ, həmçinin Yaponiya, Cənubi Koreya və ABŞ arasında yaxın əlaqələr, o cümlədən Şimali Koreya ilə bağlı siyasət də müzakirə olunub. Tərəflər yanvarın 6-da Şimali Koreya tərəfindən ballistik raket buraxılışını qəti şəkildə pisləyiblər.
Onlar həmçinin Çinlə bağlı məsələlər, Ukraynada və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla regional məsələlərdə Yaponiya-ABŞ əməkdaşlığının əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçiriblər
Yaponiya, ABŞ və Filippin birgə dəniz təhlükəsizliyini müzakirə edəcəklər
Yaponiya və Cənubi Koreyanın XİN başçıları dialoqun vacibliyini təsdiqləyiblər
Yaponiya Müdafiə Nazirliyi: KXDR azı yeddi raket buraxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













