Yaponiya və Cənubi Koreyanın XİN başçıları dialoqun vacibliyini təsdiqləyiblər
Ötən həftə daxili siyasi vəziyyətin kəskin şəkildə pisləşdiyi Koreya Respublikasının və Yaponiyanın xarici işlər nazirləri mürəkkəbləşən şəraitə baxmayaraq, mövcud strateji vəziyyət fonunda iki ölkə arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.
"Report"un xəbərinə görə, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunur ki, Cənubi Koreyanın xarici işlər naziri Ço Txe Yol ölkəsində Prezident Yon Sok Yolun dekabrın 3-də hərbi vəziyyət elan etmək qərarının siyasi böhrana səbəb olduğu vəziyyətdən danışıb. “Hər iki nazir hazırkı strateji vəziyyət fonunda Yaponiya-Koreya Respublikası münasibətlərinin əhəmiyyətinin dəyişməz qalması ilə razılaşıblar və iki hökumət arasında sıx dialoqu davam etdirmək qərarına gəldilər”, - məlumatda bildirilir.
Bundan əlavə, onlar mürəkkəb şəraitə baxmayaraq, KXDR ətrafındakı vəziyyətlə bağlı həm ikitərəfli, həm də üçtərəfli qaydada Yaponiya, Koreya Respublikası və ABŞ arasında sıx koordinasiyanın təmin edilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
Oxşar xəbərlər
Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan və Cənubi Koreya müdafiə nazirlərinin görüşü ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ, Koreya və Yaponiya raket əleyhinə potensialını gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidenti hərbi vəziyyətə görə üzr istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












