Qətər XİN: Qəzza zolağında atəşkəslə bağlı 2-ci mərhələ üzrə danışıqlar yaxın günlərdə başlayacaq
sizinxeber.az xəbər saytı

Qətər XİN: Qəzza zolağında atəşkəslə bağlı 2-ci mərhələ üzrə danışıqlar yaxın günlərdə başlayacaq


İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsi ilə bağlı danışıqlar yaxın vaxtlarda başlayacaq.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Aydındır ki, biz indi yaxın günlərdə başlayacağına ümid etdiyimiz danışıqların ikinci mərhələsinə hazırlaşmaqla məşğuluq”, - o deyib.

Qətər XİN nümayəndəsi bu məsləhətləşmələrin İsrail və HƏMAS-a anklavın yenidən qurulmasına başlamalı olan sazişin ikinci mərhələsinə keçidə imkan verəcəyinə ümidvar olduğunu söyləyib.

Xatırladaq ki, fevralın 1-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi fevralın 3-də Vaşinqtona səfər zamanı Netanyahunun ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə ikinci mərhələ üzrə danışıqlara başlamaq barədə razılığa gəldiyini açıqlamışdı. Ertəsi gün Netanyahunun ofisi İsrailin həftənin sonuna qədər Qətərə nümayəndə heyəti göndərəcəyini bildirmişdi.

Oxşar xəbərlər

İsrail hökuməti Qəzzada atəşkəs sazişini təsdiqləyib
HƏMAS Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara başlayıb
Qəzza zolağında təxirə salınan atəşkəs qüvvəyə minib
Trampın nümayəndəsi Qəzza zolağına səfər edə bilər
Qətər HƏMAS və İsrailin razılaşmanın birinci mərhələsini tam yerinə yetirəcəyinə ümid edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər