Meksika ABŞ ilə sərhədə qoşun göndərir
Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.
“Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır”, - Prezident bildirib.
Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə göndərilməsi Meksikanın maraqlarına cavab verir.
Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.
Qeyd edək ki, Meksika ABŞ ilə əldə olunan razılaşmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün sərhədə Milli Qvardiyanın on min zabitini göndərəcək.
Oxşar xəbərlər
Meksika ABŞ-yə xəbərdarlıq edib
Tramp Meksika mallarına rüsumları bir ay müddətinə dayandırıb
Texas qubernatoru Meksika ilə sərhədə 400-dən çox hərbçi göndərəcək
Meksika tarixində ilk dəfə qadın prezident ola bilər
Meksikada prezident seçkilərində Klaudiya Şeynbaumun qələbəsi təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











