Tramp: Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur
sizinxeber.az xəbər saytı

Tramp: Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur


ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu Tramp brifinqdə söyləyib.

“Təəssüf ki, sağ qalan yoxdur”, – o, Ağ evdə çıxışı zamanı bildirib.

Tramp həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib: “Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub”.

Xatırladaq ki, əvvəl “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təcili yardım xidmətinin nümayəndələri hadisədən sonra sağ qalanların olmadığını ehtimal ediblər.

Oxşar xəbərlər

KİV: ABŞ-də təyyarə qəzasından sağ çıxan yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Vaşinqton səmasında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması barədə danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqton səmasında təyyarə helikopterlə toqquşduqdan sonra iki yerə parçalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle