Tramp Vaşinqton səmasında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması barədə danışıb
ABŞ Prezidenti Donald Tramp Vaşinqton səmasında sərnişin təyyarəsi ilə helikopterin toqquşması barədə danışıb.
Sizinxeber.az xəbər ver ki, Tramp faciədən qaçmağın mümkün olduğunu vurğulayıb. O qeyd edib ki, “Black Hawk” hərbi helikopterinin ekipajı kursu dəyişməliydi, belə olan halda toqquşma baş verməzdi.
Qeyd edək ki, “American Airlines” aviaşirkətinə məxsus, Uiçito-Vaşinqton reysini yerinə yetirən “Bombardier CRJ700” tipli sərnişin təyyarəsi Vaşinqtonun Ronald Reyqan aeroportuna eniş etmək istəyərək ABŞ Quru Qoşunlarının “Sikorsky H-60” (“Black Hawk”) hərbi helikopteri ilə toqquşub.
Toqquşma nəticəsində partlayış baş verib, hər iki nəqliyyat vasitəsi Potomak çayına düşüb.
Təyyarədə 60 sərnişin, 4 ekipaj üzvü, helikopterdə 3 hərbçi olub.
Qəza nəticəsində ölənlərin olduğu bildirilir. Artıq 18 nəfərin meyiti Potomak çayından çıxarılıb.
Qəzadan sağ qurtulanlar da var.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Vaşinqtonda helikopterlə toqquşan sərnişin təyyarəsi çaya düşüb, 60-a qədər ölən var - VİDEO - YENİLƏNİB
AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb
ABŞ-də sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB
Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Aktaudan Bakıya gətirilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
