“DeepSeek” “OpenAI”in modellərini süni intellekt təlimində istifadə etməkdə şübhəli bilinir
sizinxeber.az xəbər saytı

“DeepSeek” “OpenAI”in modellərini süni intellekt təlimində istifadə etməkdə şübhəli bilinir


ABŞ-nin “OpenAI” şirkəti Çinin “DeepSeek” süni intellekt startapının onun modellərindən süni intellekt təlimində istifadə etdiyini göstərən məlumatlara malikdir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “ChatGPT” çat-botunun yaradıcısı “Financial Times” qəzetinə bildirib.

“OpenAI” qeyd edir ki, "distillyasiya" adlanan prosesin əlamətlərini - daha böyük modellərin nəticələrindən istifadə edərək kiçik modellərin optimallaşdırılmasını aşkar edib. ABŞ şirkəti distillyasiyanı “DeepSeek”in həyata keçirdiyindən şübhələnir.

Distillyasiya sənayedə geniş yayılmış təcrübədir, lakin narahatlıq doğuran məqam “DeepSeek”in bunu öz modelini hazırlamaq məqsədilə həyata keçirməsi və bununla da “OpenAI”in xidmətlərindən istifadə şərtlərini pozması ehtimalıdır.

“OpenAI” əlavə şərh verməkdən imtina edib və hansı sübutlara malik olduğunu dəqiqləşdirməyib.

Nəşrin məlumatına görə, “OpenAI” və onun əsas investoru olan “Microsoft Corp.” “DeepSeek”ə məxsus olduğu güman edilən və “OpenAI”in proqramlaşdırma interfeysinin (API) istifadə olunduğu hesabları araşdırıb və distillyasiya şübhəsi ilə əlaqədar onları bloklayıb.

“OpenAI”in rəhbəri Sem Altman “DeepSeek”in bu yaxınlarda buraxdığı R1 süni intellekt modelini şərh edərkən bildirmişdi ki, onun şirkəti məhsulların buraxılışını sürətləndirəcək və daha təkmil modellər təqdim edəcək.

"Biz, əlbəttə ki, daha yaxşı modellər buraxacağıq, yeni rəqibin meydana çıxması isə həqiqətən də ruhlandırıcıdır", - o qeyd edib.

“DeepSeek”in yeni modeli “OpenAI”in modelləri ilə müqayisə oluna bilər, lakin daha az aparat resursları tələb edir.

Oxşar xəbərlər

“Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib
“OpenAI” süni intellektdən istifadə edilməklə yaradılmış sistemdən imtina edib
“DeepSeek” beynəlxalq fond bazarlarında panikaya səbəb olub
“Nvidia” Çinin “DeepSeek” süni intellekt startapına görə yarım trilyon dollar dəyər itirib
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər