“DeepSeek” beynəlxalq fond bazarlarında panikaya səbəb olub
Çinin “DeepSeek” şirkətinin hazırladığı yeni süni intellekt modeli Yaponiyanın texnologiya şirkətlərinin səhmlərinin düşməsinə səbəb olub.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bazarda Qərb rəqibləri ilə müqayisədə daha ucuz Çin analoqunun olması bu sahədə bütün aparıcı dünya şirkətlərinin mövqelərini şübhə altına alıb.
Agentlik bildirib ki, Cənubi Koreya, Tayvan və Çində bazarlar Ay təqvimi ilə Yeni il bayramının keçirilməsi ilə əlaqədar bir neçə günlük bağlandığı üçün Yaponiya şirkətləri diqqət mərkəzində olub.
“DeepSeek”in işə salınması və sürətlə artan populyarlığı investorları bütün dünyada texnologiya şirkətlərinin səhmlərini satışa çıxarmağa sövq edib.
ABŞ-nin ən böyük texnologiya şirkətlərindən biri olan və süni intellekt texnologiyalarının inkişafında aparıcı rol oynayan qrafik prosessor və çip istehsalçısı “Nvidia”nın səhmləri 17 % düşüb, zərər 593 milyard dollar təşkil edib.
“Bloomberg”in məlumatına görə, texnologiya sektorunun çökməsinə görə dünyanın ən varlı 500 adamı ötən gün ümumilikdə 108 milyard dollar itirib.
“OpenAI”in (ABŞ-nin süni intellektin inkişafı sahəsində qabaqcıl araşdırma təşkilatı) baş direktoru Sem Altman “DeepSeek”i "təsirli model" adlandırıb.
"Yəqin ki, biz daha mükəmməl modellər yaradacağıq, yeni rəqibin meydana çıxması isə sevinc doğurmaya bilməz", - o bildirib.
Oxşar xəbərlər
“Nvidia” Çinin “DeepSeek” süni intellekt startapına görə yarım trilyon dollar dəyər itirib
2024-cü ilin ən bahalı texnologiya şirkəti məlum olub
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Elnur Əliyev: "Azərbaycan 2040-cı ilədək süni intellekt sektorunda 40 milyard dollarlıq əlavə dəyər yaratmağı hədəfləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
