Ukrayna ordusu üçün yeni kamikadze dron hazırlanıb
sizinxeber.az xəbər saytı

Ukrayna ordusu üçün yeni kamikadze dron hazırlanıb


Ukrayna Silahlı Qüvvələri üçün yeni kamikadze dron hazırlanıb.

“Sizinxeber.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın “Insta” müdafiə şirkəti məlumat yayıb.

"Insta” şirkəti dron və patentli partlayıcı maddənin kombinasiyasının yeni, daha effektiv versiyasını hazırlayıb. Yeni tip pilotsuz təyyarə hələlik yalnız Ukrayna bazarı üçün əlçatandır, lakin gələcəkdə Avropa və NATO ölkələrində satışa çıxarılacaq", - məlumatda qeyd olunur.

“Insta Steel Eagle” adlı kamikadze dronun köməyi ilə qurğunun alt hissəsinə bərkidilən partlayıcı maddə hava vasitəsilə hədəfə çatdırıla və onun üzərində partladıla bilər. Polad və ya volfram kürəciklərdən ibarət olan partlayıcı maddənin qəlpələri təxminən 2 min kvadratmetr sahəyə (40x50 metr sahə) səpələnə bilər. Partlayıcı maddənin çəkisi təxminən 3,6 kiloqramdır.

Oxşar xəbərlər

ABŞ Tayvana təxminən min ədəd kamikadze dron verəcək
Ekvadorda həbsxana üzərində partlayıcı maddə olan dron aşkarlanıb
Latviya Ukraynaya təhvil vermək üçün min dron hazırlayıb
Latviya Ukraynaya verilməsi üçün 500-ə yaxın dron hazırlayıb
Nazir: Ukrayna 2025-ci ildə ilk dəfə "dron sürüsü"nü tətbiq edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər