İsrail: “HƏMAS” Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozub
sizinxeber.az xəbər saytı

İsrail: “HƏMAS” Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozub


İsrail rəsmiləri “HƏMAS”ın Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozduğunu bildirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, geri qaytarılması nəzərdə tutulan girovlardan biri olan Arbel Yehud azad edilməyib. Həmçinin girovların siyahısı təqdim olunmayıb.

Bildirilib ki, buna görə də Qəzza sakinlərinin anklavın şimalına qayıtmasına icazə verilməyəcək.

Xatırladaq ki, bundan əvvəl "HƏMAS" atəşkəsin pozulmasına görə İsraili ittiham etmişdi.

Qeyd edək ki, yanvarın 19-da İsrail iqtidarı atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və "HƏMAS" hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə fələstinli 90 məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.

Oxşar xəbərlər

HƏMAS atəşkəs razılaşmasının pozulmasına görə İsraili suçlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-la razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir XİN: İsrail 33 əsirin əvəzinə 1 890 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzza razılaşması üzrə 200 fələstinlinin azad edilməsini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər