Zelenski: Ukrayna Moldovaya kömür təmin etməyə və KES-ə mütəxəssislər göndərməyə hazırdır
sizinxeber.az xəbər saytı

Zelenski: Ukrayna Moldovaya kömür təmin etməyə və KES-ə mütəxəssislər göndərməyə hazırdır


Ukrayna enerji böhranının aradan qaldırılması üçün Moldovaya kömür təmin etməyə, həmçinin elektrik enerjisi istehsalını artırmaq üçün Moldova KES-ə öz mütəxəssislərini göndərməyə hazırdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna Moldovaya, o cümlədən elektrik enerjisi istehsalı üçün tanınmamış Dnestryanı bölgəyə kömür tədarük edə bilər.

Prezident qeyd edib ki, Moldova KES 10 dəfə çox – 2 qiqavata qədər elektrik enerjisi istehsal edə bilər.

“Əgər bizim insanlar oraya gedərsə, o, dəqiq 2 qiqavat verə biləcək. Yəni on dəfə çox və lazım olandan da çox. Əgər onlara aşağı qiymətə və ya hətta pulsuz kömür versək, bu kömürün əvəzinə elektrik enerjisi ala bilərik. Bu ədalətlidir: biz kömür veririk, onlar özləri üçün, bütün Moldova üçün elektrik enerjisi alır, biz özümüz üçün elektrik enerjisi alırıq”, – Zelenski bildirib.

O əlavə edib ki, Kiyev və Kişineunun əməkdaşlığı sayəsində bütün Moldovanı elektrik enerjisi ilə təmin etmək və bütün ərazidə elektrik enerjisinin qiymətini 30 % azaltmaq mümkündür. Onun sözlərinə görə, Ukrayna və Moldova birlikdə 10 il ərzində sabit elektrik enerjisi istehsalını təmin edə bilər.

Oxşar xəbərlər

Moldova Ukrayna üzərindən tranzit dayandırıldığı üçün Rumıniyadan elektrik enerjisi alacaq
Aİ ölkələri qışda Ukrayna və Moldovaya elektrik enerjisi ixracını artıracaq
Moldova Aİ-dən idxal kvotasını artırmaq hüququ əldə edib
Ukrayna və Moldova liderləri Kiyevdə Azərbaycan qazına ehtiyacdan danışıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər