Paşinyan: "Soyqırımı"nın gündəmə haradan düşdüyünü anlamaq lazımdır
sizinxeber.az xəbər saytı

Paşinyan: "Soyqırımı"nın gündəmə haradan düşdüyünü anlamaq lazımdır


Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib.

“Sizinxeber.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.

"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan bildirib.

Daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.

Oxşar xəbərlər

Paşinyan Lavrovun açıqlamasını vecinə almadı
Paşinyan Azərbaycan Prezidenti ilə görüşməyə ümid edir
Paşinyan: Ölkəmizdə istehsal edilən alkoqollu məhsulları konyak adlandırmaq olmaz
Paşinyan kilsədən şəffaf iqtisadi fəaliyyət tələb etmək istəyir
Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər