Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir
İrəvan və Brüssel viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır. Faktiki olaraq Ermənistan Avropa İttifaqı ilə gündəlikdə duran məsələri genişləndirir.
“Report” Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinas görüşündə deyib.
“Şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Avropa Sülh Fondu ilə Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib, biz bunu çox yüksək qiymətləndiririk... Bu, (Aİ-yə daxil olmaqla bağlı məsələ -red.) asan məsələ deyil, amma artıq Ermənistanın siyasi gündəminin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır. Burada Aİ-dən olan tərəfdaşlarımızın müşahidələrini və məsləhətlərini dinləmək vacib olacaq”, - Paşinyan bildirib.
Oxşar xəbərlər
Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib
Avropa Komissiyasının vitse-prezidenti Ermənistana səfər edəcək
Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə dialoq başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
