ABŞ-də “miqrant ovu” başlayıb
sizinxeber.az xəbər saytı

ABŞ-də “miqrant ovu” başlayıb


ABŞ-da qeyri-qanuni mühacirlərin sonradan deportasiya olunmaq üçün saxlanılması üçün reydlər başlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu prezident Donald Tramp administrasiyasının sərhəd təhlükəsizliyi məsələləri üzrə kuratoru Tomas Homan CNN telekanalında deyib.

“Bəli, immiqrasiya və gömrük xidməti bu gün artıq qanunu tətbiq edir. Bu, bizim prioritetimiz olacaq”- deyə, o əlavə edib.

ABŞ Prezidenti Donald Tramp söz verdiyi kimi miqrantlara qarşı sərt addımlar atmağa başlayıb. O, özünün “doğum hüququ əsasında vətəndaşlıq” sərəncamında rəsmi qurumları ölkədə dünyaya gəlmiş uşaqların valideynlərindən ən azı birinin ABŞ vətəndaşlığı olmadığı və ya burada daimi yaşamadığı təqdirdə onların vətəndaşlığını təsdiq etməməyə çağırıb.

O, digər fərmanı ilə qaçqınların ABŞ-yə köçməsini azı 3 ay müddətinə dayandırıb. Artıq ABŞ sərhəd orqanları keçmiş prezident Cozef Baydenin “CBP One” proqramını bağlayıblar. Bu proqramla yüz minlərlə miqrant qəbula yazılaraq ABŞ-a leqal yolla daxil ola bilib.

Oxşar xəbərlər

KİV: 22 ştat Trampın vətəndaşlıq məhdudiyyətinə qarşı məhkəmə iddiası qaldırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp hakimiyyətinin ilk günündən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Harrisi ABŞ-a 20 milyon qanunsuz miqrant gətirməkdə ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ-də fövqəladə vəziyyət elan etməyə hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp inauqurasiyadan bir gün sonra miqrantları deportasiya etməyə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər