Aİ Boludakı oteldə baş verən yanğınla əlaqədar Türkiyəyə yardım təklif edib
Avropa İttifaqı (Aİ) Bolu bölgəsində yerləşən hoteldə baş verən yanğınla əlaqədar Aİ Mülki Müdafiə mexanizmi vasitəsilə Türkiyəyə yardım təklif edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Aİ-nin Hazırlıq, böhranların idarə edilməsi və bərabərlik üzrə komissarı Haca Labib (Hadja Lahbib) "X" hesabında paylaşım edib.
"Hazırda Türkiyədə olarkən Bolu yanğını qurbanlarının və onların yaxınlarının ağrısını çox yaxından hiss edirəm. Türkiyəyə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm", - Aİ komissarı qeyd edib.
H.Labib Aİ-nin Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb: "Aİ həmrəylik nümayiş etdirir və Aİ Mülki Müdafiə mexanizmi vasitəsilə dəstək təklif edir".
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Currently in Türkiye, I feel very closely the sadness of the victims & their loved ones of the Bolu fire.
— Hadja Lahbib (@hadjalahbib)
I express my deepest condolences to Türkiye & to the families of the victims.
The EU stands in solidarity & offers support through the EU Civil Protection Mechanism.
Oxşar xəbərlər
Türkiyədə oteldə yanğın baş verib, on nəfər ölüb, 32 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə hoteldə yanğın olub, 3 nəfər ölüb
Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Azərbaycanın amfibiya təyyarəsi Bolu-Gerede istiqamətində meşə yanğını ilə mübarizəyə cəlb olunub
ABŞ səfirliyi Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













