

Fələstin Qəzzanın şimalında bufer zona yaratmaq planlarını qəbuledilməz hesab edir
Fələstin rəhbərliyi İsrail hakimiyyətinin Qəzza zolağının şimal hissəsində, fələstinlilərə humanitar yardımın çatdırılması və paylanması üçün bufer zona yaratmaqla bağlı hər hansı ideya və planlarını qəbuledilməz hesab edir.
“Report” WAFA agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Milli Administrasiyasının rəsmi nümayəndəsi Nabil Əbu Rudeyna bildirib.
“İsrailin Qəzzanın şimalında və Cəbəliyyə rayonunda bufer zona yaratmaq planları fələstinlilər tərəfindən tamamilə rədd edilir, qəbuledilməzdir və Qəzza zolağının Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu təsdiqləyən bütün beynəlxalq qanunları pozur”, - Rudeyna deyib.
O əlavə edib ki, Qəzzanın gələcəyini müəyyən edən hər hansı plan və ya zolağın əhalisinə yardım paylanması müstəsna olaraq Fələstin tərəfindən, həmçinin BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi (UNRWA) və ya digər beynəlxalq humanitar yardım strukturları vasitəsilə həyata keçirilə bilər.
WAFA-nın məlumatına görə, İsrail hazırda Fələstin anklavının şimal hissəsində və Cəbəliyyə qaçqın düşərgəsi yaxınlığında bufer zona yaratmaq planı hazırlayır və əmin edirlər ki, bu, humanitar yardımın bölgəyə sərbəst şəkildə çatdırılmasının təmin edilməsi üçündür. İsrail tərəfinin fikrincə, yardımın çatdırılması xaricdən maliyyələşən ABŞ təhlükəsizlik şirkəti tərəfindən həyata keçirilməlidir.
Oxşar xəbərlər
Fələstin hökuməti ABŞ konqresmenlərinin qərarını pisləyib
BƏƏ Qəzza zolağında müvəqqəti beynəlxalq missiyanın yaradılmasını təklif edib
HƏMAS İsrailə güzəştə getməkdən imtina edib
Qəzza zolağında ölən jurnalistlərin sayı açıqlandı
KİV: Blinken seçkilərdən sonra Qəzzanın idarəsi ilə bağlı planını təqdim edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
