sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Makron: HƏMAS-ın girov saxladığı iki Fransa vətəndaşının azad edilməsini gözləyirik
İsraillə HƏMAS arasında əldə edilmiş razılaşmaya əsasən hərəkatın azad etməli olduğu 33 girov arasında iki Fransa vətəndaşı var.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında yazıb.
"Həmvətənlərimiz Ofer Kalderon və Ohad Yahalomi Qəzza üzrə razılaşmanın birinci mərhələsində azad edilməli olan 33 girovun siyahısına daxildir. Onların ailələrinə qovuşması üçün əlimizdən gələni edəcəyik", - o qeyd edib.
Qeyd edək ki, İsrail hakimiyyəti HƏMAS ilə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girovun azad edilməsinin planlaşdırılması barədə onların ailələrinə məlumat verib.
Oxşar xəbərlər
İsrail 33 girovu azad etməyi planlaşdırır
KİV: Üç girovun azad edilməsi İsrail və HƏMAS arasında atəşkəsin ilk addımıdır
HƏMAS-ın girov saxladığı ABŞ vətəndaşları azad edilib
İsrail ilkin mərhələdə 2 min fələstinlini azad edəcək
HƏMAS İsraillə şərti razılığa gəlib, girovlar azad edilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













