ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
sizinxeber.az xəbər saytı

ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir


ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Rusiya Mərkəzi Bankının yüz milyardlarla dollarını müsadirə etmək üçün son cəhdi edir.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasının iki yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Qeyd olunub ki, Baydenin köməkçiləri avropalı tərəfdaşları Rusiyanın Avropa banklarında olan təxminən 300 milyard dollar həcmində dondurulmuş aktivlərinin yalnız sülh sazişi çərçivəsində açılacaq yeni eskrou hesaba köçürülməsini dəstəkləməyə razı salmağa çalışırlar.

Administrasiyanın yüksək vəzifəli məmurlarından biri bildirib ki, aktivlərin həbsi Moskvaya sadə bir mesaj olacaq - "əgər pullarınızı geri almaq istəyirsinizsə, müzakirə aparmalı olacaqsınız".

Telekanal vurğulayır ki, təşəbbüs ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandası ilə müzakirə edilib. Onlar müsadirə edilmiş pulların Rusiyanı danışıqlar masasına oturtmaq üçün yeni stimul verə biləcəyi düşüncəsi ilə bu strategiyanı dəstəkləyirlər.

Oxşar xəbərlər

ABŞ Rusiyanın enerji sektoruna yeni sanksiyaların tətbiqini nəzərdən keçirir
Aİ 500 milyard avroluq müdafiə fondunun yaradılmasını müzakirə edir
Tramp Floridadakı iqamətgahında İtaliyanın Baş naziri ilə görüşüb
Məni öldürməyə çalışırlar - Baydenin oğlu
KİV: Tramp komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmanı dəyişir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle