ABŞ Çin hakerlərini kritik infrastruktura toxunmaqda ittiham edib
Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey Çini ABŞ-nin kritik infrastrukturuna zərərli proqramlar yerləşdirməkdə ittiham edib.
"Sizinxeber.az"un məlumatına görə, onun fikirlərini CBS telekanalı sitat gətirib.
Rey müsahibəsində deyib ki, çinli hakerlər su təmizləmə sistemlərinə, enerji şəbəkələrinə, qaz kəmərlərinə və telekommunikasiya sistemlərinə nüfuz edərək, onlara istədikləri vaxt ABŞ-nin infrastrukturuna ciddi ziyan vurmaq imkanı qazanıblar.
O vurğulayıb ki, Çinin fəaliyyəti sadə kibercasusluqdan kənara çıxır, nəqliyyat, su təchizatı və enerji kimi sektorlara təsir göstərərək, ABŞ-nin milli təhlükəsizliyini pozmağa yönəlmiş məqsədyönlü hərəkətləri təmsil edir.
Reyin sözlərinə görə, Çin artıq bu əsas sahələrə real ziyan vurmaq imkanlarına malikdir.
Oxşar xəbərlər
Kubada güclü zəlzələlər enerji infrastrukturuna ziyan vurub
Astanada fırtınalı külək şəhər infrastrukturuna ziyan vurub
FTB Çinlə əlaqəli hakerlərin ABŞ-də telekomunikasiyaya çıxışını araşdırır
Muxtar Babayev: Baku-Urban Davamlılıq Koalisiyası kimi təşəbbüslər çox vacibdir
Bloomberg: Çinli hakerlər Britaniyaya qarşı kiberhücumlar həyata keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













