ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqləyib
sizinxeber.az xəbər saytı

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqləyib


ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qalib gəlib.

“Sizinxeber.az” xəbər verir ki, bu, qanunvericilərin birgə sessiyasının yayımından məlum olub.

Qanunverici orqanın hər iki palatasının birgə iclasına konstitusiyaya əsasən Senatın sədri olan ABŞ vitse-prezidenti Kamala Harris sədrlik edir.

Tramp artıq seçkilərin nəticələrinin təsdiqlənməsi üçün yetərli 270 seçici səsini qazanıb.

Xatırladaq ki, 5 noyabr seçkilərinin nəticələrinə görə, Tramp 312 seçici səsi və ümumilikdə 77,3 milyon səs toplayıb. Məğlub olan demokrat Kamala Harris isə 226 seçici səsi və ümumilikdə 75 milyon səs qazanıb.

Oxşar xəbərlər

CNN: Tramp qalib gəlmək üçün lazımi sayda seçici səsini toplayıb
KİV: Tramp prezident seçkilərində 267 səslə liderlik edir - YENİLƏNİB
ABŞ-nin “tərəddüd edən” ştatlarında Tramp və Harrisə dəstək təxminən bərabərdir
Tramp seçkilərin nəticələrinə təsir edən ştatların çoxunda Harrisə uduzur
Sorğu: Kamala Harris potensial seçicilərin dəstəyini qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər