Qazaxıstan Prezidenti yeni virus ətrafında ajiotaj yaratmağa zərurət görmür
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, metapnevmovirus ətrafında ajiotaj yaratmaq və Çinlə əməkdaşlıqdan imtina etmək lazım deyil.
“Report”un Qazaxıstan bürosu ölkənin Prezident Administrasiyasına istinadən xəbər verir ki, o, bunu Avrasiya Milli Universitetinin tələbə evinə səfəri zamanı bildirib.
"İndi hamı yeni infeksiyadan danışır. Ajiotaj yaratmaq yox, Çinlə əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır", - Tokayev bildirib.
Qeyd edək ki, Qazaxıstanda epidemiya başlayandan metapnevmovirusa 30 yoluxma halı aşkarlanıb. Eyni zamanda, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 milyon 2 min 335 kəskin respirator virus infeksiyası və laboratoriyada təsdiqlənmiş qripə yoluxma ilə bağlı 941 hal qeydə alınıb.
Oxşar xəbərlər
Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma halları qeydə alınıb
Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxmalar qeydə alınıb
Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb
Tokayev: Qazaxıstan və Rusiya əməkdaşlığında müsbət dinamika var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
