Soyuq hava şəraiti Qəzzada səkkiz fələstinlinin həyatına son qoyub
Son iki gün ərzində Qəzza zolağındakı məcburi köçkün düşərgələrində səkkiz fələstinli soyuqdan ölüb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
Qəzzanın səhiyyə nümayəndəsinin məlumatına görə, anklavda yeddinci körpə soyuqdan ölüb və bununla da bu səbəbdən ölənlərin ümumi sayı səkkizə çatıb. Fələstinli rəsmi qeyd edib ki, məcburi köçkünlər bir neçə gündür bölgədəki müvəqqəti sığınacaqları su altında qoyan güclü yağışlardan əziyyət çəkirlər.
Öz növbəsində, Fələstinin WAFA informasiya agentliyi Qəzzanın Mülki Müdafiə İdarəsinə istinadən bildirir ki, güclü yağışlar on minlərlə məcburi köçkün ailənin vəziyyətini daha da ağırlaşdırıb. Daşqın nəticəsində 1500-dən çox çadır su altında qalıb.
Oxşar xəbərlər
Al Jazeera: İsrailin Qəzzanın şimalına hava zərbələri nəticəsində 70-dən çox fələstinli həlak olub
Son 48 saatda Qəzzada 69 fələstinli ölüb
Qəzzada ölənlərin sayı 41 min nəfərə yaxınlaşıb
Qəzzada ölənlərin sayı 43,8 min nəfəri keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
-
Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Zaqatalada maşın aşıb, ölən var
