sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ-də qatar yanğınsöndürən maşınla toqquşub, xəsarət alanlar var
ABŞ-nin Florida ştatında sərnişin qatarı yanğınsöndürən maşınla toqquşub.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə “NBC News” məlumat yayıb.
Qeyd olunub ki, hadisə təxminən saat 10:45-də (Bakı vaxtı ilə 19:45) Delrey-Biç şəhərinin İst-Atlantika prospekti və Dəmiryol prospekti ərazisində baş verib.
Qəzadan sonra 3 yanğınsöndürən xəstəxanaya yerləşdirilib, qatarın 12 sərnişini isə yüngül yaralarla tibb müəssisələrinə çatdırılıb.
Şəhərdə dəmir yolu qatarlarının hərəkətində ləngimələr yaranıb, yaxınlıqdakı avtomobil yolu bağlanıb. Toqquşma yerindən çəkilmiş kadrlarda yanğınsöndürən maşının aşdığı görünür.
Oxşar xəbərlər
Fransada meşə yanğınları zamanı 10-dan çox insan xəsarət alıb
Şəkidə yol qəzası olub, xəsarət alan var
FHN Şəmkirdə baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Misirdə iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb
Goranboyda 2 avtomobil toqquşub, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













