FHN Şəmkirdə baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

FHN Şəmkirdə baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkir rayonunun Çənlibel kəndi ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb.

Bu barədə "Sizinxeber.az"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Qazel" markalı yük avtomobili ilə “Lada Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü İsmayılov Tural Xasay oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".

08:13

Şəmkir rayon ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, "Niva" və digər markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər – İsmayılova Qərənfil, 2006-cı il təvəllüdlü İsayeva Aygün və 1995-ci il təvəllüdlü İsmayılov Tural xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Sabirabadda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
Şəkidə yol qəzası olub, xəsarət alan var
Sabirabadda yol qəzası olub, xəsarət alan var
İmişlidə yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər