KİV: Əfqanıstanda Hindistan konsulluğunun əməkdaşı hücuma məruz qalıb
Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində (Nanqarhar əyalətinin inzibati mərkəzi) naməlum şəxslər Hindistan konsulluğunun əməkdaşına hücum ediblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Əfqanıstanın "Ariana News" telekanalı Nanqarhar polisinin mətbuat katibinə istinadən məlumat yayıb.
Hücuma məruz qalan şəxs əfqandır. O, Hindistan konsulluğunda tərcüməçi işləyir. Zərərçəkənin sağlamlıq vəziyyətinin necə olduğu dəqiq məlum deyil.
Yerli hakimiyyət orqanları hadisənin başvermə şəraitini araşdırır.
Qətərin “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən xəbər verib ki, Cəlalabadda naməlum şəxslər Hindistan konsulluğuna məxsus avtomobili partladıblar. Telekanalın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Ölən şəxs haqqında məlumat verilmir.
Oxşar xəbərlər
Əfqanıstanda silahlı şəxslərin hücumu nəticəsində 14 nəfər həlak olub
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb
İsrailin Sərhəd Polisinin əməkdaşı Qüdsdə hücum nəticəsində yaralanıb
Avstraliyada helikopter hotelə çırpılıb, xəsarət alanlar var
Yəmən sahillərində Britaniyaya məxsus gəmiyə hücum edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













