Zelenski: Vaşinqton hələlik Kiyevin sursat təchizatını artırmaq istəyinə cavab verməyib
sizinxeber.az xəbər saytı

Zelenski: Vaşinqton hələlik Kiyevin sursat təchizatını artırmaq istəyinə cavab verməyib


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, nə ABŞ Konqresi, nə də Ağ Ev onun Kiyevə hava hücumundan müdafiə (HHM) sistemləri üçün sursat tədarükünün artırılması xahişi ilə bağlı məktubuna cavab verib.

"Sizinxeber.az"un məlumatına görə, Ukrayna lideri bunu "CBS" telekanalına müsahibəsində bəyan edib.

Daha əvvəl Zelenski ABŞ Prezidenti Donald Trampa və Amerika Konqresinə məktub yazaraq Ukrayna Silahlı Qüvvələrində artan sursat çatışmazlığı səbəbindən HHM komplekslərinin və onlar üçün raketlərin tədarükünün artırılmasını xahiş etmişdi.

"Mən Ağ Evə və ABŞ Konqresinə məktub göndərdim və ümid edirəm ki, onlar başa düşəcək və cavab verəcəklər", - Ukrayna Prezidenti deyib.

Oxşar xəbərlər

Zelenski Trampdan PAC-3 lisenziyasının verilməsi prosesini sürətləndirməyi xahiş edib
Heqset: ABŞ Ukraynanın müdafiə olunması üçün yol tapacaq
Zelenski Trampa HHM sistemlərinin kəskin çatışmazlığı ilə bağlı təcili məktub göndərib
Zelenski İsraildən yeni silahlar aldığını açıqladı
Zelenski Trampa xəbərdarlıq məktubu göndərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər